KİV: NATO Ukraynaya yardımı müdafiə xərcləri göstəricisinə daxil edə bilər
sizinxeber.az xəbər saytı

KİV: NATO Ukraynaya yardımı müdafiə xərcləri göstəricisinə daxil edə bilər


NATO Ukraynaya maliyyə yardımını üzv ölkələrin müdafiə xərcləri üzrə yeni hədəf göstəricisinə (ÜDM-in 5 %-i) daxil edə bilər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi iyunun sonunda Haaqada keçiriləcək alyans sammitinin iştirakçılarının yekun bəyanatının layihəsinə istinadən məlumat yayıb.

Sənəddə əsas diqqət sammitdə təsdiqlənməsi gözlənilən ÜDM-in 5 %-i həddinin əldə edilməsi yollarına yönəlib. Bunun üçün müdafiə məhsulları ticarətində maneələrin aradan qaldırılması təklif olunur.

Agentlik layihədə Ukraynanın NATO-ya daxil olma perspektivləri və Çinin Rusiya ilə sıx əməkdaşlığına görə qınanması barədə heç bir qeydin olmadığına diqqət çəkib. Sənəd kifayət qədər lakonikdir. Mənbələrin məlumatına görə, bu, ABŞ Prezidenti Donald Trampla açıq mübahisələrdən qaçmaq üçün edilib.

Qeyd edək ki, NATO Sammiti iyunun 24-25-də Haaqada keçiriləcək. 45 ölkədən 6 mindən çox nümayəndənin, o cümlədən dövlət başçıları və nazirlərin iştirakı gözlənilir.

Oxşar xəbərlər

ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
Polşa Prezidenti NATO-ya müdafiə xərcləri həddini 3 %-ə qaldırmağı təklif edib
Tramp iyunda NATO sammitində iştirak edəcək
Duda və Tramp NATO-nun şərq cinahının təhlükəsizliyini müzakirə ediblər
NATO-nun üzvü olan Avropa ölkələri müdafiə xərclərinin ÜDM-in 3 %-nə qədər artırılmasını müzakirə edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər