İsrail "Patriot" HHM-lərini Kiyevə verib
sizinxeber.az xəbər saytı

İsrail "Patriot" HHM-lərini Kiyevə verib


Ukrayna münaqişəsi zamanı Qüds ABŞ-dən aldığı və 1990-cı illərdə istifadə edilən “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil verib.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə “Insider” nəşri İsrailin Ukraynadakı səfiri Mixail Brodskinin bəyanatına istinadən xəbər verir.

“Bir vaxtlar ABŞ-dən aldığımız "Patriot" sistemləri hazırda Ukraynadadır. Bunlar 1990-cı illərin əvvəllərində İsraillə xidmətdə olan sistemlərdir. Biz onların Ukraynaya verilməsinə razılaşdıq”, - diplomat bildirib.

Brodski “Patriotlar”ın Kiyevə dəqiq nə vaxt və hansı miqdarda köçürüldüyünü açıqlamayıb.

Eyni zamanda “The New York Times” mayın əvvəlində yazıb ki, Ukrayna “Patriot” sistemlərini, o cümlədən İsraildən ötürməklə əlavə hava hücumundan müdafiə sistemləri ala bilər. Nəşrin əlumatına görə, daha sonra bir sistem təmirdən sonra göndərilməyə hazırlanırdı.

Oxşar xəbərlər

NYT: Kiyev Avropa və İsraildən əlavə “Patriot” HHM sistemləri ala bilər
Ukrayna tezliklə yeni "Patriot" HHM sistemləri alacaq
Rumıniya Ukraynaya “Patriot” verir
ABŞ “Patriot” HHM sistemlərinin sayını artıracaq
Almaniya Kiyevə “Patriot” və “Gepard” qurğularını verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər