Macarıstanın Baş naziri: Rusiya əleyhinə sanksiyalara görə 20 milyard avro itirmişik
sizinxeber.az xəbər saytı

Macarıstanın Baş naziri: Rusiya əleyhinə sanksiyalara görə 20 milyard avro itirmişik


Rusiyaya qarşı sanksiyalar Macarıstana və bütövlükdə Avropaya pis təsir göstərir.

"Report"un xəbərinə görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Fransanın LCI telekanalına müsahibəsində deyib.

"Rusiya əleyhinə sanksiyalar Macarıstanı və bütün Avropanı dağıdır. Sanksiyalara görə üç ildə 20 milyard avro itirmişik. Bu, Macarıstan üçün əhəmiyyətli məbləğdir", - Orban qeyd edib.

O, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Macarıstana səfər etmək qərarına gəlsə, ölkə onu layiqincə qəbul edəcək. "Rusiya Prezidenti Macarıstana gəlmək istəsə, o, layiqincə qarşılanacaq", - Macarıstan hökumətinin başçısı bildirib.

Oxşar xəbərlər

Orban: Rusiya əleyhinə sanksiyalar Macarıstanı və bütün Avropanı dağıdır
Orban: Macarıstan Aİ-nin Rusiyanın enerji daşıyıcılarından imtinasını dəstəkləməyəcək, lakin qərarın qarşısını ala bilməyəcək
Viktor Orban: "Macarıstanın türk dövlətləri ilə illik ticarət dövriyyəsi 5 milyard dolları keçib"
ABŞ Budapeştə “Qazprombank”la bağlı güzəştə gedib
Viktor Orban: "Macarıstan Rusiyadan enerji idxalının dayandırılmasına qarşıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər