Almaniyada qadın bıçaqla insanlara hücum edib,  xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Almaniyada qadın bıçaqla insanlara hücum edib, xəsarət alanlar var


Almaniyanın Münxen şəhərində 30 yaşlı qadın bıçaqla insanlara hücum edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd olunub ki, hadisə dünyanın ən böyük pivə festivalı olan Oktoberfestin keçirildiyi Terezienvize meydanına baş verib.

Qadın yoldan keçən bir neçə nəfəri bıçaqlayıb.

Qəzet vurğulayıb ki, polis onu güllələyib. Hadisədən sonra təcili əməliyyat olunan qadının həyatını xilas etmək mümkün olmayıb.

Bundan əvvəl Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.

Oxşar xəbərlər

KİV: Bavariyada maşın izdihamın üzərinə sürülüb
Almaniyada kişi 4 nəfəri bıçaqla yaralayıb
Almaniyada qadın bıçaqla 5 nəfəri yaralayıb
İstanbulda naməlum şəxs insanlara hücum edib, iki nəfər ölüb, yeddisi yaralanıb
Münxendə avtomobili izdihamın üstünə sürən şəxs əfqan mənşəli olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər