Çin ABŞ-ın İranla bağlı sanksiyalarına etiraz edib
sizinxeber.az xəbər saytı

Çin ABŞ-ın İranla bağlı sanksiyalarına etiraz edib


Pekin ABŞ-ın İranın hərbi əməliyyatlarına dəstək verməkdə ittiham etdiyi üç Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara sərt reaksiya verib.

“Reuters” xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin bu həftə gözlənilən görüşü ərəfəsində bu addımı “qanunsuz və birtərəfli” adlandıraraq, onu kəskin şəkildə rədd edib.

“Biz həmişə Çin müəssisələrindən qanunlara və qaydalara uyğun şəkildə fəaliyyət göstərməyi tələb edirik. Biz Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacağıq”, - Çin Xarici İşlər Nazirliyinin sözçüsü brifinqdə bildirib.

O, hazırda təxirəsalınmaz prioritetin döyüşlərin yenidən başlamasının hər vasitə ilə qarşısını almaq olduğunu qeyd edib.

Oxşar xəbərlər

Çin ABŞ-nin sanksiyalarına qarşı cavab tədbirləri görəcək
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
Çin ABŞ-ın ölkəsinin məhsullarına tətbiq etdiyi tariflərə qarşı çıxır
Kreml: Putinin Pekinə, Cinpinin Moskvaya səfərlərinə hazırlıq gedir
İran ABŞ-a görə İsveçrəyə etiraz notası verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər