Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Yaponiya ABŞ nümayəndələri ilə Yaponiya iqtisadiyyatına zərər vuran tariflərin ləğvi istiqamətində aparılan ticarət danışıqlarının beşinci raundunda müəyyən irəliləyişə nail olub.
"Sizinxeber.az" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Tokionun tariflər üzrə baş danışıqçısı Ryosey Akadzava bildirib.
"Avtomobillərə, avtomobil ehtiyat hissələrinə, polad və alüminiuma artıq tariflər tətbiq edilib. Onların bəziləri ikiqat artıb. Bu, Yaponiya iqtisadiyyatına gündəlik zərər verir", - R.Akadzava ABŞ maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lyutnik də daxil olmaqla rəsmi şəxslərlə danışıqlardan sonra bildirib.
“Reuters”in məlumatına görə, R.Akadzava danışıqlar prosesində konkret uğurlar barədə məlumat verməkdən imtina edib.
Oxşar xəbərlər
Yaponiya və ABŞ arasında gömrük rüsumları ilə bağlı üçüncü danışıqlar raundu mayın 23-də keçirilə bilər
Yaponiya İndoneziyaya patrul katerləri verəcək
Moskva Yaponiya XİN başçısının Rusiyaya girişinə qadağa qoyub
Rusiya XİN Yaponiya səfirinə etirazını bildirib
KİV: ABŞ və Çin ticarət kəsirini azaltmaq üçün razılığa gəliblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













