KİV: ABŞ və Çin ticarət kəsirini azaltmaq üçün razılığa gəliblər
ABŞ və Çin nümayəndələri Cenevrədə iki günlük danışıqların ardınca ticarət kəsirinin azaldılmasına dair razılaşmanı elan ediblər və detallar bazar ertəsi açıqlanacaq.
“Sizinxeber.az”un xəbərinə görə, bu barədə danışıqlarda iştirak edən Amerika nümayəndə heyətinin rəsmilərinə istinadən “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, razılaşma ABŞ-nin 1,2 trilyon dollarlıq ticarət kəsirini azaltmağa kömək edəcək.
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, ikitərəfli tariflər çox yüksəkdir və iki ölkə arasında ticarət gərginliyini azaltmaq üçün səylərin bir hissəsi kimi azaldılmalıdır. Hazırda o, razılaşmanın əlavə təfərrüatlarını verməkdən imtina edib və məlumatın bazar ertəsi açıqlanacağını bildirib.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir isə vurğulayıb ki, tərəflər arasındakı fərqlərin “əvvəllər düşünüldüyü qədər böyük olmadığı” ortaya çıxıb.
Oxşar xəbərlər
Tramp Pekini Çin bazarlarını Amerika malları üçün açmağa çağırıb
Netanyahu: İsrail ABŞ ilə ticarət kəsirini sıfıra endirməyə hazırdır
Cənubi Koreya ABŞ-dən öz mallarını rüsumlardan azad etməyi istəyib
Çin və ABŞ Cenevrədə iki raund danışıqlar keçirib
Hindistan və ABŞ ticarət sazişi üzrə danışıqların gündəliyini razılaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













