Küveyt BƏƏ-nin şirkəti ilə 2,45 milyard dollarlıq müqavilə imzalayıb
Küveytin Müdafiə Nazirliyi “Falaj3” sinifli korvetlərin tikintisi üçün BƏƏ-nin “EDGE Group” şirkəti ilə 2,45 milyard dollar dəyərində ən böyük həbri dəniz müqaviləsi imzalayıb.
"Sizinxeber.az"un xəbərinə görə, bu müqavilə regionda dəniz silahlarının ixracına dair ən böyük, həmin kateqoriyada dünyada ən bahalı müqavilələrdən biridir.
Müqaviləyə Hərbi Dəniz Qüvvələrinin yeni gəmilərinin layihələndirilməsi, tikintisi və sınaqdan keçirilməsi, həmçinin köhnələrinin təmiri və modernləşdirilməsi daxildir. Bundan əlavə, əməkdaşlıq çərçivəsində şirkət iş üzrə kadrların dərindən hazırlanması ilə məşğul olacaq.
62 metrlik “Falaj3” raket korvetləri də BƏƏ Hərbi Dəniz Qüvvələrinə “EDGE Group” tərəfindən verilir. İlk gəmi bu ilin fevralında istismara verilib.
Oxşar xəbərlər
Pentaqon “Lockheed Martin”lə 5 milyard dollarlıq müqavilə imzalayıb
Küveyt HHQ-nin infrastrukturunu 1 milyard dollara gücləndirəcək
Pentaqon 8 tankerlərin tikintisi üçün 6,7 milyard dollarlıq müqavilə imzalayıb
Pentaqon 8 tankerin tikintisi üçün 6,7 milyard dollarlıq müqavilə imzalayıb
ABŞ Müdafiə Nazirliyi 5 ölkə ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













