Cənubi Koreyada bülletenlərin 100 %-i hesablanıb, Li Çje Myon liderdir
Cənubi Koreyada keçirilən prezident seçkilərində bülletenlərin 100 %-nin hesablanmasından sonra "Toburo" Demokrat Partiyasının namizədi Li Çjo Myon səslərin 49,42 %-ni qazanaraq qalib gəlib.
“Report”un məlumatına görə, bu barədə “Yonhap” ölkənin Mərkəzi Seçki Komissiyasının səslərin hesablanmasının nəticələrinə istinadən xəbər verir.
Məlumata görə, onun mühafizəkar “Vətəndaş gücü” Partiyasından əsas rəqibi Kim Mun Su 41,15 % səs toplayıb.
Səsvermələrdə 35,24 milyondan çox seçici iştirak edib. Bu il səsvermə hüququna malik olan seçicilərin ümumi sayı təxminən 44,39 milyon nəfər olub. Eyni zamanda, mayın 29-30-da keçirilən növbədənkənar seçkilərdə seçicilərin 34,74 faizi səs verib.
Oxşar xəbərlər
Cənubi Koreyada müxalifət namizədi prezident seçkilərində dəstəyə görə seçicilərə təşəkkür edib
Cənubi Koreyada prezident seçkilərində müxalifət nümayəndəsi liderdir
Cənubi Koreyada prezidentliyə 7 namizəd seçki kampaniyasına başlayıb
Cənubi Koreyada prezident seçkilərinin əsas səsvermə günü keçirilir
Polşada prezident seçkilərində bülletenlərin 100%-i sayılıb: Müxalifətin namizədi qalib gəlib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













