Cənubi Koreyada prezident seçkilərinin əsas səsvermə günü keçirilir
Koreya Respublikasının keçmiş prezidenti Yun Sok Yol və həyat yoldaşı Kim Qon Hi yeni dövlət başçısı seçkilərində səs veriblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Hazırkı növbədənkənar seçkilər Konstitusiya Məhkəməsinin Yun Sok Yolu aprelin 4-də vəzifəsindən kənarlaşdırması səbəbindən keçirilir. Keçmiş prezident və həyat yoldaşı Seulun cənubundakı məntəqədə səs veriblər.
Yun Sok Yol jurnalistlərin suallarına reaksiya verməyib. O, 2024-cü il dekabrın 3-4-də hərbi vəziyyət hadisələri ilə bağlı açılmış üsyan cinayət işində təqsirləndirilən şəxs qismində çıxış edir.
Son məlumatlara görə, əsas səsvermə günündə seçici fəallığı 18,3 %-ə çatıb. Bu, 44,3 milyon seçicidən 8,1 milyon nəfərdir. 29-30 may erkən səsvermə dövründə seçici fəallığı 34,74 % olub. Prezidentliyə aparıcı namizədlər erkən səsvermə mərhələsində səs veriblər. Seçkilərin favoriti “Toburo” Demokratik Partiyasının keçmiş sədri Li Cae Myon hesab edilir. Son ictimai rəy sorğularına görə, o, rəqiblərini azı 10 faiz bəndi qədər qabaqlayırdı.
Oxşar xəbərlər
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məntəqə sədri: Naxçıvanda erkən saatlardan seçici aktivliyi müşahidə olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldovada prezident seçkiləri və referendumda səsvermə başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uruqvayda prezident seçkilərində səsvermə başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
7 saylı Səbail seçki dairəsinin məntəqə sədri: 50-yə yaxın seçici səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












