Cənubi Koreyada prezident seçkilərində müxalifət nümayəndəsi liderdir
sizinxeber.az xəbər saytı

Cənubi Koreyada prezident seçkilərində müxalifət nümayəndəsi liderdir


Aparıcı müxalifət partiyasının (Demokratik "Toburo" partiyası) keçmiş sədri Li Ce Myonq Koreya Respublikasında prezident seçkilərində liderlik edir.

"Sizinxeber.az"un məlumatına görə, exit-poll nəticələrini MBC telekanalı dərc edir.

Sosioloqların proqnozlarına görə, Li Ce Myonq səslərin 51,7%-ni, onun əsas rəqibi Kim Mun Su (hakim "Vətəndaş Gücü" partiyasından) isə 39,3%-ni toplaya bilər. Yeni İslahatlar Partiyasından olan namizəd Li Cunq Sok səslərin 7,7%-ni ala bilər.

Telekanalın məlumatına görə, ölkə üzrə 325 seçki məntəqəsindən çıxış sorğusunda təxminən 80 min nəfər iştirak edib, xəta dərəcəsi 0,8% təşkil edir. KBS, MBC və SBS telekanallarının sifarişi ilə birgə araşdırmanı Hankook Research, Korea Research və Ipsos şirkətləri aparıb.

JTBC telekanalının sifarişi ilə keçirilən sorğunun məlumatlarına görə, Li Ce Myonq yenə də liderlik edir: sorğuda iştirak edənlərin 50,6%-i ona səs verdiklərini bildiriblər. Kim Mun Su üçün 39,4%, Li Cunq Sok üçün isə 7,9% səs verilib.

3 iyuna qədər dərc edilmiş son sosioloji araşdırmaların nəticələrinə görə, Li Ce Myonq Kim Mun Su-nu təxminən 10 faiz bəndi qabaqlamışdı.

Oxşar xəbərlər

Ekzitpol: Hazırkı prezident Xorvatiya seçkilərində liderlik edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşada prezident seçkilərində lider dəyişib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada prezidentliyə 7 namizəd seçki kampaniyasına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşada prezident seçkilərində bülletenlərin 100%-i sayılıb: Müxalifətin namizədi qalib gəlib - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Litvada keçirilən prezident seçkilərində Nauseda liderlik edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər