Cənubi Koreyada müxalifət namizədi prezident seçkilərində dəstəyə görə seçicilərə təşəkkür edib
sizinxeber.az xəbər saytı

Cənubi Koreyada müxalifət namizədi prezident seçkilərində dəstəyə görə seçicilərə təşəkkür edib


Koreya Respublikasının aparıcı müxalifət partiyasının namizədi Li Ce Myon ölkədə keçirilən prezident seçkilərində göstərdikləri dəstəyə görə seçicilərə təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Cənubi Koreya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, o, bülletenlərin 50 %-nin seçilməsindən sonra liderdir.

“Tendensiya davam edərsə, xalqın qərarına hörmətlə yanaşacağam. Hələ nəsə demək tezdir, səslərin hesablanması davam edir”, - siyasətçi söyləyib.

Üç aparıcı telekanal analitik modellərin proqnozlarına əsasən onun qələbəsini proqnozlaşdırır.

“İnsanların ümidlərini, mənə həvalə olunmuş məsuliyyəti və missiyanı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Təşəkkür edirəm”, - Li Ce Myon bildirib.

Oxşar xəbərlər

Cənubi Koreyada prezident seçkilərində müxalifət nümayəndəsi liderdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada prezident seçkilərinin əsas səsvermə günü keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada prezidentliyə 7 namizəd seçki kampaniyasına başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşada prezident seçkilərində bülletenlərin 100%-i sayılıb: Müxalifətin namizədi qalib gəlib - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə siyasətçiləri İlham Əliyevə uğurlar arzulayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər