

Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir
İstanbul Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların aparılması üçün ideal seçimdir.
“Sizinxeber.az” TRT telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Polşadan Ukraynaya gedən qatarda onu müşayiət edən jurnalistlərlə söhbəti zamanı bildirib.
"Biz nizamlanma işində irəliləyiş görməyə başladıq. Bütün aspektləri nəzərə alaraq, tərəflərin oturub razılaşması üçün bir yer lazımdır. Əslində, Türkiyə bunun üçün ideal seçimdir. Bildiyiniz kimi, Rusiya tərəfi Moskvaya səfərimdən dərhal sonra bunu (iyunun 2-də İstanbulda danışıqların aparılması təşəbbüsü) bəyan etdi. Bu, indiki məqamda mühüm hadisədir", - Fidan qeyd edib.
Onun sözlərinə görə, Ukrayna hökuməti, xüsusilə də Prezident Volodimir Zelenski ilə görüşləri planlaşdırılıb. Bu görüşlərdə Türkiyənin mövqeyi və bütün tərəflərin vəziyyətə baxışı, həmçinin atəşkəsin vacibliyi müzakirə olunacaq.
Oxşar xəbərlər
Hakan Fidan: Atəşkəs Ukraynada nizamlanma üçün mühüm əhəmiyyət kəsb edir - YENİLƏNİB
Fidan: İstanbul danışıqları Ukraynada nizamlanma üçün əsas ola bilər
Fidan Lavrovla Rusiya – Ukrayna müharibəsini müzakirə edib
Hakan Fidan: Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır
Hakan Fidan Rusiya-Ukrayna heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fərid Qayıbov: "Azərbaycan bir daha göstərdi ki, mötəbər yarışlara möhtəşəm şəkildə ev sahibliyi edir"
-
Din xadimlərindən ibarət nümayəndə heyəti Zəfər parkını ziyarət edib
-
Tramp: Məhkəmənin idxal rüsumlarını bloklaması ABŞ-ın iqtisadi çöküşü olacaq
-
Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırılıb
-
Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub, bir məhkum xəsarət alıb
-
Hindistan ilk dəfə döyüş təyyarələrinin Pakistan tərəfindən vurulduğunu təsdiqləyib
