

Avstraliyada daşqınlar səbəbindən 32 min insan təcrid olunmuş vəziyyətdədir
Avstraliyanın şərq sahillərində leysan yağışların səbəb olduğu güclü daşqınlar və çayların daşması səbəbindən ən azı 32 min insan təcrid olunmuş vəziyyətdədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Yeni Cənubi Uels Dövlət Fövqəladə Hallar Xidməti “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Vurğulanıb ki, 14 şəhər və qəsəbə tamamilə blokadadadır: “Ştatın şimal sahillərinin 32 minə yaxın sakini sel suları səbəbindən təcrid olunmuş vəziyyətdədir. Xidmət, giriş bərpa olunana qədər bu ərazilərdə ərzaq ehtiyatlarının artırılmasına üstünlük verəcək”.
Əhaliyə kömək etmək və daşqınların nəticələrini aradan qaldırmaq üçün ölkənin digər rayonlarından da təcili xilasetmə dəstələrinin səfərbər edildiyi bildirilir.
Oxşar xəbərlər
Avstraliyada daşqınlar nəticəsində ölənlərin sayı dördə çatıb
Sudanda daşqınlar nəticəsində 140-a yaxın insan ölüb
Malayziyada daşqınlar səbəbindən 122 mindən çox insan təxliyə edilib
Argentinada daşqınlar səbəbindən 7 mindən çox insan təxliyə edilib
Fransada daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda sürət qatarı piyadanı vurub
-
Gürcüstan Bakıda keçirilən dünya çempionatında Argentinanı məğlub edib
-
"Fənərbağça" və "Qalatasaray"ın sabiq futbolçusu: "Bakı dünya çempionatına çox gözəl hazırlaşıb"
-
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
-
Azərbaycan Mərkəzi Bankının hökumət idarələri qarşısında öhdəlikləri 2 dəfə artıb
-
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
