KİV: Son gündə Qəzzaya zərbələr nəticəsində 151 nəfər həlak olub
Mayın 18-də İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 151 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, onlardan 70-i Qəzza şəhərinin və Fələstin anklavının şimalındakı ərazilərin bombalanması nəticəsində həlak olub.
İsrailin Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bazar günü bildirib ki, ölkənin Müdafiə Ordusu Qəzza zolağında radikal HƏMAS hərəkatını məğlub etmək üçün həyata keçirilən hərbi əməliyyat olan “Gideonun arabaları” əməliyyatının həlledici mərhələsinə başlayıb.
"Quru qoşunları Qəzza zolağının dərinliklərinə doğru irəliləyir, HƏMAS strukturlarına dəqiq zərbələr endirir və əsas mövqeləri tutur. Son bir həftə ərzində aviasiya yüzlərlə hədəfi vurub, anbarları, tunelləri, raket mövqelərini və terrorçuları məhv edib", - o vurğulayıb.
Daha əvvəl İsrailin anklavda aclıq təhlükəsinin qarşısını almaq üçün Qəzza zolağına ərzaq tədarükünə icazə verəcəyi bildirilib.
Oxşar xəbərlər
İsrailin Qəzzaya son hücumları nəticəsində 15 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzza zolağında son bir gündə 64 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada bir gündə daha 45 sakin ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 43 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 20-dən çox insan ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












