Bakıda sürət qatarı piyadanı vurub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
may
2025
21:50
0
0
1 319

Bakıda sürət qatarı piyadanı vurub

24 may, 2025
21:50
1 319

Bakıda sürət qatarı piyadanı vurub

Bu gün axşam saatlarında sürət qatarı piyadanı vurub.

APA xəbər verir ki, bu haqda Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, Zabrat 2 - Sabunçu sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğu üçün hadisə qaçılmaz olub. Ərazidəki əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.

ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.

Fərid Yusifov

Bizimlə əlaqə saxlayın