Fransada daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib
sizinxeber.az xəbər saytı

Fransada daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib


Fransanın cənub-şərqində daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə BFMTV kanalı regional prefekturaya istinadən məlumat yayıb.

Xüsusilə, Lion yaxınlığındakı Givors kommunası təhlükə altındadır, burada şəhər bəndi çökə bilər.

Qeyd olunur ki, daşqınların nəticələrinin aradan qaldırılması üçün regional hakimiyyət orqanları xilasedicilər kontingenti və çoxlu sayda texnika cəlb edib.

Oktyabrın 18-də bölgədəki əksər məktəblər bağlanacaq və ictimai nəqliyyatda ciddi pozuntular istisna oluna bilməz.

"Ölkənin bu ərazilərində belə fəlakət miqyası heç vaxt qeydə alınmayıb. Söhbət 48 saat ərzində 600 mm-dən çox yağışdan gedir", - ekologiya üzrə keçid naziri Agnes Pannier-Runaçer bildirib.

Xatırladaq ki, bundan əvvəl hava xəbərdarlığı təhlükəsinin qırmızı səviyyəsi Luara vadisi və Fransanın cənub-şərqindəki altı departamentdə elan edilmişdi.

Oxşar xəbərlər

Çexiyada daşqınlar səbəbindən 21 mindən çox insan təxliyə edilib
Qazaxıstanda 4 mindən artıq ev su altında qalıb, 63 mindən çox insanı təxliyə edilib
Çadda daşqınlar nəticəsində 500-dən çox insan ölüb
Qazaxıstanda daşqınlar nəticəsində 4,8 mindən çox ev su altında qalıb
Ötən ay dünyada 50 minə yaxın insan vəbaya yoluxub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər