
Yekaterinburqda təhsil alan azərbaycanlı tələbələr arasında yarış keçirilib

Yekaterinburqda təhsil alan azərbaycanlı tələbələr arasında yarış keçirilib
“Konstitusiya və Suverenlik ili” çərçivəsində “Yekaterinburq” kitabxana mərkəzində Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun təşkilatçılığı, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki nümayəndəliyinin dəstəyi ilə Rusiyanın Yekaterinburq şəhərində təhsil alan azərbaycanlı tələbələr arasında yarış keçirilib.
“Report”un əməkdaşı xəbər verir ki, yarışda çıxış edən baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və “RAGB”nin Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə konstitusiya və suverenlik ilinə həsr olunmuş intellektual yarışın əhəmiyyətindən bəhs ediblər və komandalara uğurlar arzulayıblar.
Peşəkar əsasda tərtib olunan viktorina 3 raund və duel hissəsindən ibarət olub. Yekunda komandalar tərəfindən toplanan balların miqdarına görə qaliblər aşağıdakı kimi müəyyən olunub:
1-ci yer - "Zəfər" komandası
2-ci yer - “Nar” komandası
3-cü yer - “Xraniteli Oqnya” komandası.
Qaliblərə Baş Konsulluq tərəfindən müxtəlif məbləğdə pul mükafatları, hədiyyə olaraq Baş Konsulluğun ofis dəsti və müvafiq yerlərə görə diplomlar təqdim olunub. Digər komandaların üzvlərinə turnirdə iştirak etdiklərinə görə təşəkkürnamə verilib.