Avropa ölkələri İsrailin Cenində diplomatlara atəş açmasını pisləyib
sizinxeber.az xəbər saytı

Avropa ölkələri İsrailin Cenində diplomatlara atəş açmasını pisləyib


Avropa ölkələri İsrailin Cenində diplomatlara atəş açmasını pisləyib.

Sizinxeber.az DW-ə istinadən bildirir ki, Aİ ölkələrindən İtaliya və İspaniya İsrail nəzarətində olan Fələstinin İordan çayının qərb sahilindəki Cenin şəhərinə səfər edən Aİ diplomatlarına İsrail əsgərlərinin atəş açmasını pisləyib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İsraili insidenti araşdırmağa və günahkarları "məsuliyyətə cəlb etməyə" çağırıb:

"Diplomatların həyatına hər hansı təhdidlər qəbuledilməzdir".

İsrail ordusu rəsmisi bildirib ki, diplomatlar müəyyən edilmiş marşrutdan "kənara çıxdıqları" üçün əsgərlər "xəbərdarlıq atəşi" açıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Oxşar xəbərlər

İsrail ordusu Cenin əməliyyatında bir neçə binanın partladıldığını bildirir
İordan çayının qərb sahilində terror aktı nəticəsində 3 İsrail polisi həlak olub
Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb
İsrail XİN "Hizbullah"ın tərksilah edilməsini tələb edib
Kaya Kallas: Suriyada həm ümid, həm də çətinliklər mövcuddur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər