Hakan Fidan  Putinlə görüşəcək
sizinxeber.az xəbər saytı

Hakan Fidan Putinlə görüşəcək


Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

Bildirilib ki, mayın 26-27-də Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada səfərdə olacaq Fidan Rusiya Prezidenti tərəfindən qəbul olunacaq.

Bundan başqa, Türkiyə XİN başçısının rusiyalı həmkarı Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski və müdafiə naziri Andrey Belausovla görüşlər keçirəcəyi qeyd olunub.

Görüşlərdə Türkiyə-Rusiya münasibətləri, Ukrayna böhranının həlli müzakirə olunacaq.

Oxşar xəbərlər

Hakan Fidan Rusiyaya səfər edəcək
Hakan Fidan Lavrovla Ukraynadakı vəziyyəti müzakirə edib
Hakan Fidan Vladimir Medinski ilə görüşəcək
Hakan Fidan Rusiya-Ukrayna münaqişəsinin həllindən danışıb
Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle