CAR ABŞ-yə çərçivə əməkdaşlıq sazişi təqdim edib
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ administrasiyasına əməkdaşlığa dair çərçivə sazişini təqdim edib.
“Sizinxeber.az” “News24”ə istinadən xəbər verir ki, bunu Vaşinqtonda keçirilən mətbuat konfransında nümayəndə heyətinin üzvü, Cənubi Afrika Respublikasının ticarət, sənaye və rəqabət naziri Parks Tau bildirib.
"Müqavilənin mərkəzində ticarət və investisiya dayanır", - Cənubi Afrikanın xəbər portalı onun sözlərini sitat gətirib.
"Biz Amerika tərəfi ilə gömrük rüsumları və tariflərini də müzakirə etdik. Cənubi Afrika Respublikasının idxal etdiyi Amerika mallarının 77 %-ə qədəri rüsumsuz tədarük olunur. Bununla yanaşı, CAR-ın ABŞ-yə ixracının əsas hissəsi əmtəələr də idxal vergisindən azaddır", - nazir deyib.
Tau bildirib ki, Cənubi Afrika Amerika tərəfini ABŞ-dən mayeləşdirilmiş təbii qaz almaq istəyi barədə məlumatlandırıb. "Təklifimiz müsbət qarşılandı", - nazir qeyd edib. O əlavə edib ki, “Tesla” avtomobillərinin Cənubi Afrikaya idxalı ilə bağlı sahibkar İlon Maskla danışıqlar aparılıb. "Bu məsələ ilə bağlı məsləhətləşmələr davam edir", - Tau bildirib.
Nazir Ağ Evdə Ramaposa ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra danışıb. Görüş zamanı Cənubi Afrika Prezidenti bəyan edib ki, o, iki ölkə arasında ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa və iqtisadi əməkdaşlığı gücləndirməyə çalışır.
Oxşar xəbərlər
KİV: ABŞ və Cənubi Afrika prezidentlərinin görüşü növbəti üç ayda baş tutacaq
Siril Ramafosa: Cənubi Afrika dekarbonizasiya və “yaşıl keçid” prinsiplərinə sadiq qalır
CAR Prezidenti ABŞ-yə səfəri zamanı ticarət məsələlərini müzakirə edəcək
CAR: Afrika ölkələrinin BMT TŞ-də bərabər səlahiyyətlərə ehtiyacı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib
-
Azərbaycana Avropadan turist axını 15 % artıb
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
