The Times: Tramp və Netanyahu arasında münasibətlər dönüş nöqtəsinə yaxınlaşır
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə münasibətlərdə səbrini itirməyə başlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu “The Times” qəzeti mənbələrə istinadən iddia edib.
Nəşrin həmsöhbəti qeyd edib ki, Tramp Netanyahuya qarşı getdikcə daha çox səbirsizlik nümayiş etdirir.
İsrail mətbuatı tez-tez Tramp və Netanyahu arasında münasibətlərin dönüş nöqtəsinə yaxınlaşdığını irəli sürüb və Vaşinqtonun İranla danışıqlara başlaması və Yəməndəki husilər ilə atəşkəs kimi son addımlarına işarə edir.
Qəzet xatırladıb ki, İsrail Baş naziri guya Bill Klintondan başlayaraq ABŞ prezidentləri ilə şəxsi münasibətlər quraraq karyerasını inkişaf etdirib və xəbərdarlıq edib ki, Tramp sələflərindən fərqlidir və digər liderlər haqqında fikrini sürətlə dəyişdirmək qabiliyyətinə malikdir.
“Axios” portalı mayın 19-da amerikan mənbələrə istinadən bildirmişdi ki, ABŞ vitse-prezidenti Cey Di Vens İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatın miqyasını genişləndirdikdən sonra bu həftə İsrailə planlaşdırılmış səfərini ləğv edib. Portalın məlumatına görə, Vens belə bir qərar qəbul edib, çünki onun səfəri ABŞ-nin atəşkəs tələb etdiyi bir vaxtda İsrailin anklavdakı hərəkətlərinə dəstək kimi görünə bilərdi. Eyni zamanda, İsrail tərəfinə rəsmi olaraq səfərin ləğvinin “logistik” səbəblərlə bağlı olduğu bildirildi. Mümkün səfərlə bağlı danışıqlar 17-18 may tarixlərində aparılsa da, məhz bazar günü, mayın 18-də İsrail tərəfi Qəzza zolağında “Gideonun cəng arabaları” əməliyyatının genişləndirilməsini elan etmişdi.
Oxşar xəbərlər
Tramp: Netanyahu gələn həftə ABŞ-yə səfər edə bilər
Tramp Netanyahu ilə görüşəcəyini təsdiqləyib
Netanyahu Trampı İsrailin ən böyük dostu adlandırıb
NBC: Trampla Netanyahu arasında münasibətlər İran və Qəzzaya görə pisləşib
Tramp Netanyahu ilə söhbətindən danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













