Haqqımızda Reklam
ru
18 
may
2025
14:00

Mərakeş Dəməşqdəki səfirliyinin işini bərpa etmək niyyətindədir

18 may, 2025
14:00
600

Mərakeş Dəməşqdəki səfirliyinin işini bərpa etmək niyyətindədir

Mərakeş kralı VI Məhəmməd krallığın Suriyada səfirliyini yenidən açmaq niyyətində olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, monarx bu qərarını Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraaya ünvanladığı məktubda bildirib. Məktubu Bağdadda keçirilən Ərəb Dövlətləri Liqasının sammitində Mərakeşin xarici işlər naziri Nasser Burita oxuyub.

Bundan başqa, Burita sammit çərçivəsində Suriya xarici işlər naziri Asaad Əş-Şibani ilə görüşüb. Tərəflər Mərakeş və Suriya arasında diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.

Suriya XİN-in bəyanatında qeyd olunub ki, Dəməşq də “Rabatda səfirliyin açılması üçün prosedurları başladacaq”.

Xatırladaq ki, Rabat 2012-ci ildə Suriyada silahlı münaqişənin başlamasından sonra Dəməşqlə diplomatik əlaqələrini kəsmişdi.

Bizimlə əlaqə saxlayın