Makron Ərdoğanla görüşdə özünü alçalmış duruma salıb
Fransada "Patriotlar" Partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı alçaldıldığını deyib.
"Report" xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"Makron özünü Ərdoğana ağıllı göstərmək istədi, amma alçaldı", - o bildirib.
Hadisə Avropa Siyasi Birliyinin Tiranada keçirilən toplantısı zamanı kameraya düşüb. Makron masa arxasında əyləşən Ərdoğana yaxınlaşaraq əlini Türkiyə liderinin əlinin üstünə qoyub. Ərdoğan cəld əlini çəksə də, Makronun iki barmağından yapışıb. Fransa prezidenti bir barmağını Ərdoğanın ovcundan çıxara bilib. Türkiyə lideri gülümsəyərək oturduğu yerdən qalxmadan Makronun digər barmağını ən azı on saniyə saxlamağa davam edib.
Liderlər, nəhayət, tərcüməçi vasitəsilə qısa söhbətlərini yekunlaşdırıblar. Bundan sonra Ərdoğan Makronun əlini sığallayıb və Fransa lideri kənara çəkilib.
Oxşar xəbərlər
Makron özünü Ərdoğana görüşdə alçalmış duruma salıb
Partiya lideri: Parisdə Makronun istefası tələbi ilə nümayiş keçiriləcək
Parisdəki beynəlxalq sammit Makron üçün üçün böyük fiasko olub
Fransada müxalifət lideri ölkəsinin Aİ-dən çıxmasını tələb edib
Ərdoğanın Avropa Siyasi Birliyinin sammitindən böyük gözləntiləri var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
