Aİ və London müdafiə və təhlükəsizlik üzrə pakt hazırlayır
sizinxeber.az xəbər saytı

Aİ və London müdafiə və təhlükəsizlik üzrə pakt hazırlayır


Avropa İttifaqı və Böyük Britaniya gələn həftə müdafiə və təhlükəsizlik üzrə birgə pakt təqdim edəcək və bu pakt çərçivəsində London Avropanın müdafiə siyasətinin bir hissəsinə çevrilə biləcək.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə Britaniyanın “The Times” qəzeti yazıb.

Paktda qeyd edilib ki, Aİ və Britaniya Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ən böyük təhlükə ilə üz-üzədir. Çağırışın ciddiliyi, sənəddə qeyd edildiyi kimi, unikal və iddialı yeni təhlükəsizlik sazişi tələb edir.

Nəşrin məlumatına görə, saziş çərçivəsində Aİ Böyük Britaniyanın itifaqın ümumi təhlükəsizlik və müdafiə siyasətində iştirakına açıq olduğuna razılaşıb. Saziş həmçinin hər iki tərəfi qoşunların və texnikanın Avropa ərazisi boyunca sürətli və maneəsiz hərəkətini təmin etmək üçün hərbi mobilliyin artırılması məqsədilə əməkdaşlığı gücləndirməyi öhdəsinə götürür.

Müqaviləyə əsasən, Böyük Britaniya Aİ-nin böhranın idarə edilməsi üzrə istənilən təlimlərində iştirak edə biləcək.

Oxşar xəbərlər

Aİ və Britaniya mayın 19-da keçiriləcək sammitdə təhlükəsizlik paktı imzalamaq istəyir
Britaniya və Almaniya ikitərəfli müdafiə sazişi üzrə danışıqlar aparır
Britaniya və Almaniya müdafiə sahəsində dərinləşdirilmiş əməkdaşlıq paktı imzalayacaq
KİV: Britaniya 10 ildə müdafiə xərclərini 14 % artırıb
FT: Böyük Britaniya Arktikada hərbi mövcudluğunu artıra bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle