Aİ və Britaniya mayın 19-da keçiriləcək sammitdə təhlükəsizlik paktı imzalamaq istəyir
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın hərbi sahədə təhdidləri fonunda mayın 19-da keçiriləcək Aİ-Böyük Britaniya sammitində təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq haqqında saziş imzalamaq niyyətindədir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Aİ diplomatlarının məlumatına görə, Tramp administrasiyasının fəaliyyəti nəticəsində yaranan qlobal qarışıqlıq Brüsselin Londonla müdafiə və təhlükəsizlik haqqında pakt imzalamaq qətiyyətini gücləndirir:
"Bu pakt Britaniya şirkətlərinə birgə silah satınalmalarında iştirak etməyə imkan verəcək. ABŞ Prezidentinin NATO müttəfiqlərini dəstəkləməklə bağlı hədələri və Rusiyaya təklifləri Avropa ölkələrini kollektiv şəkildə silahlanmağa və müdafiə xərclərini artırmağa məcbur edib".
Qeyd edilib ki, onlar həmçinin ABŞ-nin vasitəçiliyi ilə mümkün sülh sazişindən sonra Ukraynanın müdafiəsi üçün qüvvələri birləşdirmək imkanlarını müzakirə edirlər.
Oxşar xəbərlər
Britaniya və Almaniya müdafiə sahəsində dərinləşdirilmiş əməkdaşlıq paktı imzalayacaq
Böyük Britaniya müdafiə xərclərini artıracaq
Britaniya Aİ ilə təhlükəsizlik sazişini müzakirə etməyə hazırdır
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Britaniya və Almaniya ikitərəfli müdafiə sazişi üzrə danışıqlar aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













