Quterreş: Hindistanla Pakistan arasında vasitəçi kimi xidmət göstərməyə hazıram
sizinxeber.az xəbər saytı

Quterreş: Hindistanla Pakistan arasında vasitəçi kimi xidmət göstərməyə hazıram


BMT Baş katibi Antoniu Quterreş Hindistan və Pakistan arasında artan gərginlikdən narahatlığını ifadə edib.

“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərə açıqlama verən baş katib, 22 aprel tarixində Hindistanın nəzarətində olan Cammu və Kəşmirdəki Pahalgam bölgəsində baş verən terror aktından sonra bölgədəki emosional vəziyyətin nəzarət altına alınmasının vacibliyinə diqqət çəkib: “Mən bir daha həmin hücumu qətiyyətlə pisləyirəm və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Dinc sakinləri hədəfə almaq qəbuledilməzdir. Bu dəhşətli cinayəti törədənlər şəffaf, etibarlı və qanuni vasitələrlə məsuliyyətə cəlb olunmalıdır”.

A.Quterreş bildirib ki, hazırkı kritik məqamda hərbi qarşıdurmadan çəkinmək son dərəcə vacibdir: “İndi maksimum təmkin göstərmək və uçurumun kənarından geri çəkilmək zamanıdır. Unutmayaq ki, hərbi müdaxilə həll yolu deyil. Mən sülh naminə hər iki hökumətə vasitəçi kimi xidmət göstərməyə hazıram. BMT gərginliyin azaldılmasına, diplomatiyanın gücləndirilməsinə və sülhə sadiqliyin yenilənməsinə yönəlmiş hər bir təşəbbüsü dəstəkləməyə hazırdır”.

Oxşar xəbərlər

Quterreş Hindistan və Pakistan liderlərini qarşıdurmadan çəkinməyə çağırıb
BMT-nin Baş katibi İran və Pakistana çağırış edib
KİV: Hindistan və Pakistan hərbçiləri arasında atışma olub
KİV: Hindistan-Pakistan sərhədində yenidən atışma baş verib
BMT Baş katibi İranda törədilən terror aktını pisləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər