KİV: Uolts ABŞ milli təhlükəsizlik müşaviri vəzifəsini tərk edə bilər
sizinxeber.az xəbər saytı

KİV: Uolts ABŞ milli təhlükəsizlik müşaviri vəzifəsini tərk edə bilər


Ağ Ev rəhbərinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq tutduqları vəzifələrdən istefa verə bilərlər.

"Report"un xəbərinə görə, bu barədə "CBS News" telekanalının müxbiri Cennifer Ceykobs bildirib.

"Məsələ ilə tanış olan mənbə deyir ki, milli təhlükəsizlik müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq postlarını tərk edəcəklər", - o bildirib.

Öz növbəsində “Politico” iddia edir ki, ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff bu postda Uoltsu əvəz edə bilər.

Oxşar xəbərlər

KİV: Trampın təhlükəsizlik üzrə müşaviri işdən çıxarılıb, yerinə Vitkoff təyin olunacaq - YENİLƏNİB
Ağ Ev: Uolts rusiyalı həmkarı ilə sülh danışıqları aparıb
Baydenin milli təhlükəsizlik müşaviri xələfi ilə görüşüb
Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək
KİV: Vitkoff və Uolts Səudiyyə Ərəbistanında Rusiya ilə danışıqlarda ABŞ-ı təmsil edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər