Hindistan hava məkanını Pakistan təyyarələri üçün bağlayıb
sizinxeber.az xəbər saytı

Hindistan hava məkanını Pakistan təyyarələri üçün bağlayıb


Hindistan hava məkanını Pakistan təyyarələri üçün bağlayıb.

“Report” xəbər verir ki, bu barədə NOTAM-ın aviasiya idarəsi məlumat yayıb.

Qeyd olunur ki, qərar aprelin 30-dan mayın 23-dək qüvvədə olacaq.

Xatırladaq ki, aprelin 22-də Cəmmu və Kəşmir bölgəsinin Hindistana aid hissəsindəki Pahalqam şəhərində turistlərin sıx toplaşdığı yerdə terror aktı baş verib. Son məlumatlara görə, 26 nəfər ölüb. Hindistan hadisəyə görə məsuliyyəti Pakistanın üzərinə qoyub.

Pakistan Senatı İslamabadın hücumda hər hansı rolunu inkar edən qətnaməni yekdilliklə qəbul edib.

Terror aktından sonra Hindistan və Pakistan bir-birinə qarşı bir sıra tədbirlər görüb, xüsusilə hava məkanı bağlanıb və vizalar ləğv edilib ki, bu da iki ölkə arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Oxşar xəbərlər

İslamabad Hindistana qarşı hərbi əməliyyatları istisna etmir
Rusiya XİN Hindistan və Pakistanı dialoqa çağırıb
Hindistan Pakistan üçün hava məkanını və limanlarını bağlaya bilər
Pakistan və Hindistan Kəşmirdəki terror aktından sonra qarşılıqlı sərt tədbirlər görürlər
Pakistan – Hindistan sərhədində yenidən atışma baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər