İslamabad Hindistana qarşı hərbi əməliyyatları istisna etmir
Pakistan Hindistanın Pahalqam şəhərində terror aktı fonunda iki ölkə arasında yaranmış vəziyyətin mürəkkəbləşməsindən sonra Hindistana qarşı hərbi əməliyyatlar ehtimalını istisna etmir.
“Report” xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif EFE agentliyinə bildirib.
“Qonşu Hindistan ərazisinə hərbi müdaxilə ehtimalı mövcuddur. Biz gücümüzü artırmışıq. Strateji qərarlar qəbul ediləcək”, – o bildirib.
Xatırladaq ki, aprelin 22-də Cəmmu və Kəşmir bölgəsindəki Pahalqam şəhərində turistlərin sıx toplaşdığı yerdə terror aktı baş verib. Son məlumatlara görə, 26 nəfər ölüb. Hindistan hadisəyə görə məsuliyyəti Pakistanın üzərinə qoyub.
Pakistan Senatı İslamabadın hücumda hər hansı rolunu inkar edən qətnaməni yekdilliklə qəbul edib.
Terror aktından sonra Hindistan və Pakistan bir-birinə qarşı bir sıra tədbirlər görüb, xüsusilə hava məkanı bağlanıb və vizalar ləğv edilib ki, bu da iki ölkə arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Oxşar xəbərlər
Rusiya XİN Hindistan və Pakistanı dialoqa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Hindistan və Pakistan hərbçiləri arasında atışma olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan və Hindistan Kəşmirdəki terror aktından sonra qarşılıqlı sərt tədbirlər görürlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Hindistan Pahalqam hücumundan sonra Pakistandakı terrorçulara zərbələr endirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Hindistan-Pakistan sərhədində yenidən atışma baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












