İsraildə Suriyaya zərbələr endirilməsinə hazırlıqlara başlanması əmr edilib
sizinxeber.az xəbər saytı

İsraildə Suriyaya zərbələr endirilməsinə hazırlıqlara başlanması əmr edilib


İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir İsrail hərbçilərinə Suriyanın yeni hakimiyyət orqanlarına məxsus hədəfləri vurmağa hazırlaşmağı əmr edib.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Vəziyyəti qiymətləndirdikdən sonra Baş Qərargah rəisi Eyal Zamir druz icmalarına qarşı zorakılıq halları davam edərsə, İsrail ordusuna Suriya rejiminə məxsus hədəfləri vurmağa hazırlaşmağı tapşırıb”, - məlumatda bildirilir.

Ordudan qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri çərşənbə günü artıq dinc sakinlərə - druzlara hücum edən yaraqlıları Dəməşqin kənarında vurub.

Qurumdan bildirilib ki, İsrail ordusu bölgədəki hadisələri izləyir və İsrail qoşunları Suriya bölgəsini müdafiə etməyə hazırdır.

Oxşar xəbərlər

İsrail Baş Qərargah rəisi Suriyaya hücum planlarını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail ordusu Qəzzaya yeni hücum planını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusuna Suriya Silahlı Qüvvələrinə zərbələr endirməklə bağlı göstəriş verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu “Hizbullah”a qarşı qabaqlayıcı hücuma başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu Suriya ilə sərhəd divarını gücləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər