sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıda 26 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs tutulub
Bakıda 26 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonunda evlərin birindən 1100 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Müslümlü müəyyən olunaraq saxlanılıb.
Həmçinin, Nəsimi rayonu ərazisində ümumilikdə 26590 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən H.Məmmədli və A. Hüseynova müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinir
Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Vətəndaşların 74 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən üç nəfər saxlanılıb
Bakıda bir nəfərin 15 min manatı dələduzluq yolu ilə ələ keçirilib
Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













