ABŞ Niderlanda 175 ədəd “Tomahawk” raketi satacaq
sizinxeber.az xəbər saytı

ABŞ Niderlanda 175 ədəd “Tomahawk” raketi satacaq


ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) donanmasının imkanlarını artırmaq üçün Niderlanda ümumilikdə 2,19 milyard dollar dəyərində 175 “Tomahawk” qanadlı raketinin satışına dair sazişi təsdiq üçün Konqresə təqdim edib.

“Report” xəbər verir ki, ABŞ Dövlət Departamenti bu təklifi bir gün əvvəl təsdiqləyib.

Qeyd olunub ki, qanadlı raketlərin Niderland Hərbi Dəniz Qüvvələrinin gəmilərində, xüsusən də “De Zeven Provincien” sinifli freqatlarda və hazırda hazırlanma mərhələsində olan qabaqcıl gəmilərdə quraşdırılacağı gözlənilir.

Nəşrin iddiasına görə, belə silahlar Niderland donanmasını NATO üzvü olan ölkələr arasında quru hədəflərə dərin zərbələr endirməyə qadir olan azsaylı donanmalardan birinə çevirəcək.

Qeyd edək ki, həm suüstü gəmilərdən, həm də sualtı qayıqlardan buraxıla bilən “Tomaqavk” qanadlı raketi 1600 km uçuş məsafəsinə malikdir. O, 450 kiloqramlıq adi döyüş başlığı daşıyır və yaxşı müdafiə olunan hədəfləri yüksək dəqiqliklə vurmağa qadirdir.

Oxşar xəbərlər

Dövlət Departamenti Niderlanda 908 milyon dollarlıq raketin satışını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti Niderlanda “hava-hava” tipli raketlərin satışını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Departamenti Niderlanda "Patriot"ların 224 milyon dollara satışını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya ordusu son 7 ildə ilk dəfə təlimlərdə “Taurus” raketi atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Dövlət Departamenti Ər-Riyada 1 milyard dollar dəyərində silah satışını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər