Dövlət Departamenti Niderlanda “hava-hava” tipli raketlərin satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Niderlanda infraqırmızı təyinatlı “AIM-9X Sidewinder” “hava-hava” tipli raketlərin mümkün satışını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Amsterdamın səlahiyyətli orqanları 246 belə raketin, həmçinin təlim raketlərinin, taktiki rəhbər bölmələrinin, ehtiyat hissələrinin və digər texniki avadanlıqların alınmasını xahiş edib.
Mümkün satışın ümumi təxmini dəyəri 691 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki. “AIM-9 Sidewinder” bir çox müasir təyyarənin istifadə etdiyi istiliklə idarə olunan Amerikanın “hava-hava” tipli döyüş raketi sistemidir. Effektiv bir partlayıcı başlığa və infraqırmızı idarəetmə sisteminə malikdir. Birinin qiyməti 90 min dollardır.
Oxşar xəbərlər
Dövlət Departamenti Niderlanda 908 milyon dollarlıq raketin satışını təsdiqləyib
ABŞ Norveçə 405 milyon dollarlıq “hava-hava” raketlərinin satışını təsdiqləyib
Dövlət Departamenti Niderlanda "Patriot"ların 224 milyon dollara satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti HIMARS sistemlərinin Norveçə satışını təsdiqləyib
ABŞ Xorvatiyaya HIMARS raketdən müdafiə sistemlərinin satışını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













