"Mərkəzi Asiya - Çin" formatında XİN başçılarının görüşləri müntəzəm olacaq
sizinxeber.az xəbər saytı

"Mərkəzi Asiya - Çin" formatında XİN başçılarının görüşləri müntəzəm olacaq


Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Çin "Mərkəzi Asiya - Çin" formatında xarici işlər nazirlərinin altıncı görüşünün yekunları üzrə Mərkəzi Asiya - Çin arasında çoxtərəfli qarşılıqlı əlaqələrin arxitekturasının təkmilləşdirilməsi üzrə təklifləri müzakirə ediblər və qarşılıqlı faydalı inkişaf üçün addımları razılaşdırıblar.

“Sizinxeber.az”un yerli bürosunun məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Görüş iştirakçıları bu format çərçivəsində mehriban qonşuluq, davamlı inkişaf və çoxtərəfli qarşılıqlı əlaqələrin dərinləşdirilməsi prinsiplərinə ümumi sadiqliklərini vurğulayıblar.

Bundan əlavə, onlar bu formatda müntəzəm görüşlər keçirməyə hazır olduqlarını ifadə ediblər. Eyni zamanda, qlobal çağırışlar şəraitində konstruktiv dialoqu davam etdirməyin əhəmiyyətini qeyd ediblər.

Tərəflər, həmçinin müasir çağırışlara balanslaşdırılmış yanaşmaların zəruriliyini vurğulayıb və qarşılıqlı faydalı inkişaf yolunda addımları razılaşdırıblar.

Qeyd edək ki, aprelin 26-da Almatıda "Mərkəzi Asiya - Çin" formatında xarici işlər nazirlərinin VI görüşü keçirilib. Görüşdə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu, Çinin xarici işlər naziri Van İ, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubaev, Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov və Türkmənistanın nümayəndəsi iştirak edib.

Oxşar xəbərlər

Qazaxıstanda "Mərkəzi Asiya-Çin" formatında XİN başçılarının görüşü başlayıb
Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşü Özbəkistanda keçiriləcək
"Mərkəzi Asiya+Almaniya” formatında ikinci görüş keçiriləcək
Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalanıb - YENİLƏNİB
Prezident: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının görüşlərinə dəvət olunması ölkələrimiz arasında qardaşlıq münasibətlərindən xəbər verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle