Vaşinqton birtərəfli qaydada Pekinə tətbiq edilən tarifləri azaltmaq niyyətində deyil
sizinxeber.az xəbər saytı

Vaşinqton birtərəfli qaydada Pekinə tətbiq edilən tarifləri azaltmaq niyyətində deyil


“ABŞ Çindən gələn məhsulların gömrük rüsumlarını birtərəfli qaydada azaltmaq niyyətində deyil”.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, Çin üçün tariflərin birtərəfli şəkildə azaldılması olmayacaq. Prezident (ABŞ prezidenti Donald Tramp) açıq şəkildə bildirib ki, Çin Birləşmiş Ştatlarla müqavilə bağlamalıdır və biz bunun baş verəcəyinə son dərəcə nikbinik. Çin üçün tariflərin nə olacağına qərar vermək prezidentdən asılıdır, lakin biz mütləq Çindən gələn rüsumların və tarif maneələrinin azaldılmasını görməliyik”, - deyə o qeyd edib.

Oxşar xəbərlər

Ağ Ev: ABŞ Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil
Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək
Meksika Prezidenti: ABŞ-yə qarşı cavab tarif və qeyri-tarif tədbirləri tətbiq ediləcək
Tramp Çinə tarifləri azaldacaq
WSJ: ABŞ Çin ilə bağlı gömrük rüsumlarını azalda bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər