HƏMAS girovların azad edilməsi ilə bağlı danışıqlara hazırdır
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılması müqabilində saxladığı bütün israilli girovların azad edilməsi ilə bağlı danışıqlara başlamağa hazırdır.
"Report"un "Al Jazeera" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Qəzzadakı radikal təşkilatın lideri Xəlil əl-Həyya bildirib.
"HƏMAS əlimizdə olan bütün girovların və İsrail həbsxanalarında razılaşdırılmış sayda fələstinlilərin azad edilməsi ilə nəticələnəcək danışıqlara dərhal başlamağa hazırdır. Bunun müqabilində biz xalqımıza qarşı müharibənin tam dayandırılmasını və bütün İsrail qoşunlarının zolaqdan çıxarılmasını, həmçinin Qəzzanın bərpasına başlanılmasını və blokadanın götürülməsini tələb edirik", - hərəkat lideri vurğulayıb.
Oxşar xəbərlər
HƏMAS girovların azad olunması ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib
HƏMAS israilli girovların ikinci hissəsinin yanvarın 25-də azad edəcək
İsrail HƏMAS-la razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib
KİV: HƏMAS girovların siyahısını cümə günləri təqdim edəcək
KİV: İsrail HƏMAS-ın tam məğlubiyyəti olmadan girovların azad edilməsinə razı deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













