ABŞ İran neftini daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq edib
sizinxeber.az xəbər saytı

ABŞ İran neftini daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq edib


ABŞ Maliyyə Nazirliyi İran neftinin nəqlində iştirak edə biləcəyi güman olunan Çin, Malayziya və Tailandın yük gəmilərinə sahib olan şirkətləri sanksiyalar siyahısına əlavə edib.

“Report” xəbər verir ki, bu barədə qurumun Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında bildirilir.

Məlumata görə, ümumilikdə 7 şirkət Maliyyə Nazirliyinin Xüsusi Təyin edilmiş Vətəndaşlar və Qadağan olunmuş Şəxslər (Specially Designated Nationals and Blocked Persons, SDN) siyahısına daxil edilib. Onların arasında Honkonq, Panama və Marşal adalarından olan hüquqi şəxslər də var.

“Bundan əlavə, beş neft daşıyan gəmi də sanksiyalara məruz qalıb”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, bu, aprelin 19-da İranın nüvə proqramı üzrə ABŞ və İran arasında keçiriləcək məsləhətləşmələrin ikinci raundu ərəfəsində baş verib. Amerikanın “Axios” portalının məlumatına görə, görüş Romada baş tutacaq.

Oxşar xəbərlər

ABŞ İran nefti ilə ticarətə görə 16 şirkət və 23 tankerə sanksiyaya tətbiq edib
ABŞ İran neftini daşıyan beş şirkətə və onların tankerlərinə qarşı sanksiya tətbiq edib
ABŞ “Iran Air” aviaşirkətini sanksiyalar siyahısına əlavə edib
ABŞ husilərlə əlaqəsi olan şirkətlərə və gəmilərə qarşı sanksiyaları genişləndirib
ABŞ İrandan olan bir şəxs və beş şirkətə qarşı sanksiya tətbiq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər