Britaniya 2027-ci ilin iyulunadək bir sıra malların idxalına rüsumları ləğv edib
Böyük Britaniya hökuməti elektromobil batareyalarından meyvə şirələrinədək 89 adda malın idxal rüsumlarını ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsi fonunda yerli şirkətləri dəstəkləmək üçün ləğv edib.
“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Qeyd olunub ki, idxal rüsumlarının ləğvi 2027-ci ilin iyuluna qədər qüvvədə olacaq. Britaniya iqtidarının məlumatına görə, rüsumların ləğvi şirkətlərə ildə təxminən 17 milyon funt (22 milyon dollar) qənaət etməyə imkan verəcək.
Daha öncə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən rüsumların tətbiqi səbəbindən qloballaşma dövrünün başa çatdığını bəyan etmişdi.
Xatırladaq ki, aprelin 2-də Prezident Tramp idxala yeni rüsum sistemi tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üçün 10 % təşkil edəcək, ayrı-ayrı ölkələr üçün isə bu dərəcə əhəmiyyətli dərəcədə yüksək olacaq: Çin üçün 34 %, Vyetnam üçün 46 % və Avropa İttifaqı üçün 20 %.
Oxşar xəbərlər
Mask Trampın tariflərinə qarşı çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanada mayın əvvəlində ABŞ ilə rüsumlar üzrə danışıqlara başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniya müdafiə xərclərini artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Trampın qərarına soyuqqanlı yanaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp qalib gələcəyi təqdirdə idxal tariflərini artıracağına söz verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












