ABŞ-də qızılcaya yoluxanların sayı 700-ü keçib
ABŞ-də qızılcaya yoluxanların sayı 700-ü keçib.
"Report" xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Federal Mərkəzlərinin (CDC) məlumatında deyilir.
Qeyd olunur ki, qızılca epidemiyası ölkənin ştatlarının yarısını əhatə edib. Rəsmilər 25 ştatda 712 nəfərin virusa yoluxduğunu təsdiqləyib.
Xəstəliklərin təxminən üçdə biri 5 yaşa qədər uşaqlarda, digər 38 %-i isə 5-19 yaş qrupunda qeydə alınıb. Bundan başqa, yoluxanların 97 %-i qızılcaya qarşı peyvənd olunmayıb.
Hesabata görə, yoluxanların 11 %-i xəstəxanaya yerləşdirilməli olub. Xəstəliyin yalnız üç halı ölümlə nəticələnib.
Bundan əvvəl ABŞ-nin səhiyyə naziri Robert Kennedi bütün ölkə üzrə insanları qızılcaya qarşı peyvənd etməyə çağırıb. ABŞ Prezidenti Donald Tramp bildirib ki, xəstəliklə bağlı vəziyyət pisləşsə, hakimiyyət qəti tədbirlər görəcək.
Oxşar xəbərlər
Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə yüksəlib
Tramp: Vəziyyət pisləşsə, qızılcaya qarşı tədbir görəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
