Tramp: Vəziyyət pisləşsə, qızılcaya qarşı tədbir görəcəyik
sizinxeber.az xəbər saytı

Tramp: Vəziyyət pisləşsə, qızılcaya qarşı tədbir görəcəyik


Ölkədə qızılca ilə bağlı vəziyyət pisləşərsə, Birləşmiş Ştatlar qətiyyətlə hərəkət edəcək.

"Sizinxeber.az"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin jurnalistləri ilə söhbətində deyib.

"Nə olacağını görəcəyik, amma şübhəsiz ki, (qızılca epidemiyası) daha da genişlənsə, qətiyyətlə hərəkət etməliyik", - o deyib.

Eyni zamanda, prezidentin sözlərinə görə, hazırda xəstəliyə yoluxma hallarının sayı olduqca azdır.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Federal Mərkəzlərinin son məlumatlarına görə, ilin əvvəlindən bəri 20-dən çox ştatda 607 qızılcaya yoluxma təsdiqlənib. Ölkədə iki ölüm hadisəsi qeydə alınıb. 2024-cü ildə ABŞ-də ümumilikdə 285 qızılcaya yoluxma qeydə alınıb.

Oxşar xəbərlər

Kanadada qızılcaya yoluxma faktları kəskin artıb
Afaq Əliyeva: Hazırda ölkədə qızılcaya yoluxma halları azalıb
Azərbaycanda qızılcaya yoluxma sayı artır – Rəsmi
Texasda qızılcaya təsdiqlənmiş yoluxma sayı 481-ə çatıb
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər