Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə yüksəlib
Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə yüksəlib.
"Report" xəbər verir ki, bu barədə TASS-a ölkənin Səhiyyə Nazirliyində qızılca ilə mübarizə üzrə yaradılmış qərargahdan bildirilib.
“30 avqust 2024-cü il tarixinə Monqolustanda qızılcaya daha 1 yoluxma halı aşkar edilib. Peyvənd olunmamış 5,8 min uşaq və tibb işçisi, eləcə də dövlət qurumlarının əməkdaşlarının peyvəndlənməsi davam edir”, - məlumatda deyilir.
Çingizxan Beynəlxalq Hava Limanında ölkəyə daxil olanlar arasında qızılca xəstəliyinin əlamətlərinin olub-olmaması ilə bağlı yoxlamalar davam edir.
Qızılca xəstəliyinin yayılmasının qarşısını almaq üçün yeni dərs ili başlamazdan əvvəl bütün uşaqlar peyvənd olunacaq.
Əvvəllər Səhiyyə Nazirliyi qızılcaya yoluxma hallarının bir gündə iki dəfə artdığı Rusiya ilə həmsərhəd olan Monqolustan vilayətinə (bölgəsinə) səyahəti məhdudlaşdırmağı tövsiyə etmişdi.
Oxşar xəbərlər
Monqolustanda bütün uşaqlar peyvənd olunacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
