Tramp CAR-da “ağ əhalinin soyqırımı” baş verdiyini iddia edib
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikası (CAR) iqtidarını ağ fermerlərin soyqırımında ittiham edib və buna görə Vaşinqton Yohannesburqda G20 sammitində təmsil oluna bilməz.
“Report” xəbər verir ki, bu barədə Amerika lideri öz fikrini “Truth Social” sosial şəbəkəsində bildirib.
“Torpaqların müsadirəsi və soyqırımı əsas məsələ olduğu halda, bizdən çox vacib G20 görüşü üçün CAR-a getməyimiz necə gözlənilə bilər? G20-də olmaq istədiyimiz yer budurmu? Mən belə düşünmürəm!”, – Tramp yazıb.
O vurğulayıb ki, CAR iqtidarı “ağ fermerləri və onların ailələrini öldürür”, media isə bundan danışmaqdan imtina edir. Tramp əlavə edib ki, məhz buna görə ABŞ Afrika ölkəsinə ödənişləri dayandırıb.
Oxşar xəbərlər
Tramp: ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq
KİV: ABŞ Tramp-Zelenski görüşündən sonra Ukraynaya silah tədarükünü dayandırıb
Tramp: Kanada vergiləri azaltmaq üçün ABŞ-nin 51-ci ştatı olmalıdır
Tramp Meksika mallarına rüsumları bir ay müddətinə dayandırıb
Tramp Finlandiya Prezidenti ilə buzqıranların alınmasını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













