Tramp: ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq


ABŞ Prezidenti Donald Tramp bildirib ki, rəsmi Vaşinqton insan haqlarının pozulması iddiası ilə bağlı təhqiqat aparılana qədər Cənubi Afrika Respublikasına (CAR) bütün maliyyə yardımını dayandıracaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb.

"Cənubi Afrika Respublikasında torpaqlar müsadirə olunur və müəyyən təbəqələrə qarşı çox pis rəftar edirlər. Radikal sol medianın dilə gətirmək belə istəmədiyi iyrənc bir vəziyyətdir", - o yazıb.

"Ən azı, insan haqlarının kütləvi pozuntuları göz qabağındadır. Birləşmiş Ştatlar buna dözməyəcək, biz hərəkətə keçəcəyik. Bundan əlavə, mən bu vəziyyətin tam təhqiqatı başa çatana qədər Cənubi Afrika Respublikasına gələcəkdə bütün maliyyələşdirməni dayandıracağam", - Tramp fikirlərini yekunlaşdırıb.

Oxşar xəbərlər

Tramp: Kanada vergiləri azaltmaq üçün ABŞ-nin 51-ci ştatı olmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Filadelfiyada təyyarə qəzası ilə əlaqədar başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər