Pezeşkian: Xamenei İrana ABŞ investisiyalarının yatırılmasına qarşı deyil
İranın dini lideri Əli Xamenei Tehran və Vaşinqton arasında planlaşdırılan danışıqların uğurlu olacağı təqdirdə İrana birbaşa ABŞ investisiyalarına müsbət yanaşır.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
"İranın Ali lideri ayətullah Əli Xamenei ABŞ-nin İrana investisiya yatırmasına etiraz etmir. Amerikalı investorlar, gəlin və investisiya yatırın", - o qeyd edib.
M.Pezeşkianın fikrincə, belə bir təklif ABŞ Prezidenti Donald Trampı maraqlandıra bilər. O vurğulayıb ki, Tehran nüvə silahı yaratmağa çalışmır, ölkənin nüvə proqramı sülhməramlı və elmi xarakter daşıyır.
"Biz nüvə bombası yaratmağa çalışmırıq. Siz (Qərbdə) bunu artıq 100 dəfə yoxlamısınız. Bunu daha 1000 dəfə də edə bilərsiniz", - o əlavə edib.
Oxşar xəbərlər
Pezeşkian: İran müharibəyə və nüvə silahı yaratmağa can atmır
Məsud Pezeşkian: Tehran heç vaxt nüvə silahı yaratmağa cəhd etməyib
Pezeşkian: ABŞ İsraili İrana hücum etməyə təhrik edir
Rubio: ABŞ İrana təzyiqi artırmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
