Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB
Dominikan Respublikasının paytaxtı Santo Dominqoda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 27-yə çatıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə yerli “Diario Libre” qəzeti paytaxtın Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesə istinadən məlumat yayıb.
Məlumata görə, 130-dan çox insan xəstəxanaya yerləşdirilib.
İnsidentin səbəbləri hələ də məlum deyil.
Dominikan Respublikasında “Jet Set” klubunda damın uçması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Diario Libre” nəşri Fövqəladə Hallar Mərkəzinə istinadən məlumat yayıb.
"Jet Set” gecə klubunda baş verən faciədə 18 nəfər həlak olub və yüzlərlə insan yaralanıb, 121 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib", - qurumdan bildirilib.
Oxşar xəbərlər
Dominikanda gecə klubunun damı uçub, 18 nəfər ölüb
Dominikan Respublikasında yük maşını piyadaları vurub, 11 nəfər ölüb
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
Ukraynanın Belqoroda zərbəsi: 18 ölü, 111 yaralı
Cənubi Afrikada binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













