Fon der Lyayen: Aİ ABŞ-nin ticarət tədbirlərindən qorunmaq üçün bütün vasitələrə malikdir
Avropa İttifaqı (Aİ) ABŞ-nin yeni rüsumlarından qorunmaq üçün bütün lazımi vasitələrə malikdir.
“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu gün Avropa Parlamentinin deputatları qarşısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Avropa ABŞ ilə qarşıdurmaya başlamayıb: "Biz hesab edirik ki, bu, düzgün deyil".
"Mənim bugünkü mesajım ondan ibarətdir ki, bizim (Aİ-nin) insanlarımızı və rifahımızı qorumaq üçün lazım olan hər şeyimiz var. Bizim ən böyük vahid bazarımız, danışıqlar aparmaq, müqavimət göstərmək üçün gücümüz var. Avropa xalqları bilməlidir ki, biz birlikdə həmişə maraqlarımızı və dəyərlərimizi irəli aparacaq və müdafiə edəcəyik", - Ursula fon der Lyayen vurğulayıb.
Avropa Komissiyasının sədri qeyd edib ki, ABŞ-nin yeni rüsumlarına cavab olaraq Aİ daxili bazarı və digər tərəfdaşlarla münasibətləri inkişaf etdirəcək. "Aİ ABŞ-yə qarşı cavab tədbirləri görmək istəmir, lakin lazım gələrsə, belə bir plana malikdir", - o, sonda bildirib.
Oxşar xəbərlər
AK rəhbəri: Aİ-nin ABŞ-nin tariflərinə qətiyyətli cavabı üçün vasitələri var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ursula fon der Lyayen: Avropa Komissiyası Aİ-nin müdafiəsinin gücləndirilməsi strategiyasını təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ursula fon der Lyayen Aİ-nin müdafiə xərclərinin artırılmasını təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Ursula fon der Lyayen ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baydenlə Lyayen Rusiyaya qarşı addımları və Kiyevə yardımı müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













