Le Figaro: Avropalı hərbçilər nüvə risklərini nəzərə almaqla Rusiya ilə qarşıdurmaya hazırlaşır
sizinxeber.az xəbər saytı

Le Figaro: Avropalı hərbçilər nüvə risklərini nəzərə almaqla Rusiya ilə qarşıdurmaya hazırlaşır


Avropa ölkələrinin yüksək rütbəli hərbi məmurları Rusiya ilə hibrid münaqişə və ya hətta birbaşa döyüş formasında potensial qarşıdurmaya hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan fransız zabitinin sözlərinə görə, ordu ən pis ssenariyə hazırlaşır. Nəşr iddia edir ki, oxşar atmosfer bütün Avropa ölkələrində hökm sürür, burada hərbçilər müxtəlif hərbi ssenarilər hesablayırlar.

Nəşrin yazdığına görə, nüvə eskalasiyası riskləri nəzərə alınmaqla Rusiya ilə NATO arasında tammiqyaslı münaqişənin baş vermə ehtimalı aşağı səviyyədə qiymətləndirilir, lakin eyni zamanda hərbçilər Avropa dövlətlərindən birinin ərazisində, eləcə də qitədən kənarda məhdud hərbi əməliyyatların və hibrid müharibənin aparılması imkanlarını da nəzərdən keçirir.

Məqalədə Avropaya edilən bəzi hibrid hücumlar Rusiya ilə əlaqələndirilir. Nümunə kimi Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda qərbyönlü namizəd Yelena Laskoniyə qalib gələn Kelin Gergeskunun qələbəsini göstərirlər.

Bu, ölkənin NATO ilə əməkdaşlıq perspektivləri ilə bağlı narahatlıqları artırıb. Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı hesab edir ki, Afrika Sahel ölkələrində yaranmış vəziyyət Rumıniyada təkrarlana bilər. Belə ki, Afrika Sahel ölkələri ilə Rusiya arasında əməkdaşlığın güclənməsi fonunda fransızlar hərbi kontingentini oradan çıxarmalı olublar.

Oxşar xəbərlər

Vuçiç: Qərb Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlaşır
KİV: ABŞ gələcəkdə İngiltərədə taktiki nüvə silahı yerləşdirə bilər
“Politico”: Fransa Rusiya ilə qarşıdurma üçün qoşun hazırlayır
Ryabkov: Rusiya NATO ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyə çalışır
Putin: Makron kimilərinin arzusu reallaşmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle