Myanmada zəlzələ nəticəsində hotel uçub, iki nəfər ölüb
sizinxeber.az xəbər saytı

Myanmada zəlzələ nəticəsində hotel uçub, iki nəfər ölüb


Myanmanın şimal-şərqində yerləşən Şan ştatında hotel binasının uçması nəticəsində təxminən 20 nəfərin dağıntılar altında qalması ehtimal olunur, ən azı 2 nəfər isə həlak olub.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə DVD portalı məlumat yayıb.

"Hazırda xilasetmə işləri aparılır. Təxminən 8 mərtəbəli bina tamamilə uçub. Hələlik içəridə neçə nəfərin olduğu məlum deyil. Düşünürəm ki, orada 15-20 nəfər var", - xilasedicilərdən biri bildirib.

AFP agentliyinin məlumatına görə, Myanma hakimiyyəti altı regionda fövqəladə vəziyyət elan edib və zəlzələnin nəticələri ilə mübarizə üçün beynəlxalq ictimaiyyətdən kömək istəyib.

Xəbər verildiyi kimi, Myanmada məscid və monastırın uçması nəticəsində 16 nəfər həlak olub.

Oxşar xəbərlər

Myanmada zəlzələ nəticəsində məscid və monastır uçub, 16 nəfər ölüb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada zəlzələ nəticəsində baş verən uçqunlarda ölənlərin sayı 20 nəfərə çatıb - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqkokda zəlzələ nəticəsində bina uçub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada “Yaqi” qasırğası 74 nəfərin həyatına son qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiyada vağzal binasının talvarının uçması nəticəsində 14 nəfər həlak olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər