Serbiyada vağzal binasının talvarının uçması nəticəsində 14 nəfər həlak olub - YENİLƏNİB
Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu Serbiya lideri Aleksandr Vuçiç xalqa müraciətində bildirib.
“Son məlumata görə və ümid edirik ki, bu son rəqəm olacaq, 14 nəfər həlak olub. Səkkiz nəfər Serbiya Respublikasının vətəndaşı, bir nəfər Şimali Makedoniyanın vətəndaşıdır”, – Vuçiç qeyd edib.
O əlavə edib ki, beş nəfərin kimliyi hələ müəyyən edilməyib.
Yerli KİV qeyd edir ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatları başa çatıb. 14 nəfərin ölümündən əlavə, hadisə nəticəsində üç nəfər müxtəlif xəsarətlər alıb.
Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
“Report” “Tanyuq” dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç bildirib.
“Səkkiz qurban olduğu zaman biz dağıntılar altında daha beş nəfərin olduğunu bilirdik, lakin onların sağ və ya ölü olduğunu müəyyən edə bilmirdik”, – agentlik Daçiçdən sitat gətirib.
Hüquq-mühafizə qurumunun rəhbəri xilasetmə əməliyyatında iştirak edən hər kəsə təşəkkürünü bildirib və qurbanların identifikasiyasının aparıldığını qeyd edib. “Ağır mənzərədir. Bütün bu beton konstruksiyaları qaldırmaq lazımdır”, – nazir əlavə edib.
Serbiya hökuməti 2 noyabrı milli matəm günü elan edib.
Oxşar xəbərlər
Serbiyada vağzal binasının talvarı uçub, 13 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Afrikada binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiyada dəmiryol vağzalının damı uçub, 8 nəfər həlak olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın Poltavaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 277 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












